AZ

“Krokus”da terror aktının təşkilatçılarından biri ABŞ-də həbs edildi


“İŞİD-Xorasan” terror təşkilatının üzvü Cəfər kimi tanınan Məhəmməd Şərifullah ABŞ-də həbs edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Departamentinin saytında dərc olunmuş press-relizdə deyilir.
O, ötən ilin martında Moskva yaxınlığındakı “Crocus City Hall” binasına hücum və 2021-ci ildə Kabil hava limanındakı partlayış da daxil olmaqla, bir sıra terror aktları hazırlamaqda ittiham olunub.
Şərifullah dindirmə zamanı etiraf edib ki, “İŞİD-Xorasan” adından “Krokus”a hücum etməyə hazırlaşan yaraqlılara təlim keçib, onlara AK tipli tüfənglərdən və digər silahlardan necə istifadə etmək barədə təlimat verib. O, həmçinin bildirib ki, Rusiyada həbs edilən 4 yaraqlıdan ikisini əvvəllər göstəriş verdiyi şəxslər kimi tanıyır.
O, həmçinin Kabil hava limanına hücuma hazırlığını və çox sayda digər ölümcül hücumlarda İŞİD-K adından hərəkətləri dəstəklədiyini və icra etdiyini açıqlayıb.
Şərifulla hazırda həbsdədir. Onun Virciniya ştatında məhkəmə qarşısına çıxması planlaşdırılır. Onu ömürlük həbs gözləyir.
Seçilən
23
yeniavaz.com

1Mənbələr