AZ

"Zelenski Ciddədə ABŞ ilə danışıqlarda iştirak etməyəcək"- KİV

Ukrayna Prezidenti Volodimir Zelenski martın 11-də ABŞ nümayəndə heyəti ilə Səudiyyə Ərəbistanında keçiriləcək görüşdə iştirak etməyəcək.

“Report” xəbər verir ki, bu barədə “Fox News” telekanalının jurnalisti Ceki Haynrik “X” sosial şəbəkəsində məlumat verib.

O qeyd edib ki, Zelenski martın 10-da Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud ilə danışıqlar aparacaq. Bundan sonra onun komandası ABŞ nümayəndələri ilə görüşmək üçün Ciddədə qalacaq.

“Zelenski əvvəlcədən iştirak etməyi planlaşdırmırdı. Daha əvvəl CBS teleşirkəti səhv məlumat yaymışdı”, - Haynrik vurğulayıb.

Seçilən
2
4
azpolitika.info

3Mənbələr