AZ

Basketbol: “Naxçıvan” NTD-yə də uduzdu

Bu gün keçirilmiş bir oyunla Azərbaycan Basketbol Liqasında (ABL) 2024/2025-ci illər mövsümünün 17-ci turuna start verilib.

Arena.az xəbər verir ki, turun açılış matçı A qrupunda baş tutub.

NTD “Naxçıvan”la üz-üzə gəlib. Bərabər səviyyədə keçən görüşün son periodunda meydan sahibləri üstünlüyə yiyələniblər. NTD ardıcıl ikinci qələbəsini qazanıb.

Qeyd edək ki, tura martın 9-da yekun vurulacaq.

Azərbaycan Basketbol Liqası
A qrupu, 17-ci tur
7 mart

NTD – “Naxçıvan” 85:78 (21:15, 22:26, 23:24, 19:13)
Sərhədçi İdman Mərkəzi.

Xallar: Sabah – 28. Naxçıvan – 28. Neftçi – 24. NTD – 23. Sərhədçi – 22. Abşeron – 22.

Seçilən
37
4
arena.az

10Mənbələr