AZ

Bu şirkət sürücülük vəsiqələri hazırlamaq müqabilində - 21,2 MİLYON MANAT QAZANACAQ

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi “DİN BDYPİ tərəfindən sürücülük vəsiqələri, nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanlarının hazırlanması üçün lazım olan xüsusi materiallar və avadanlıqlar kompleksi” tenderinin nəticələrini elan edib.

Avtosfer.az "FED.az"a istinadən xəbər verir ki, tenderin qalibi “Bakinity Distribution” MMC (VÖEN: 1001473201) olub.

Qalib şirkətə 21 271 974 manat ödəniləcək.

Qeyd edək ki, “Bakinity Distribution” MMC 2006-cı ildə yaradılıb, nizamnamə kapitalı 10 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Tağı Aşumov Vaqif oğludur. Hüquqi ünvanı AZ1069, Bakı Şəhəri Binəqədi Rayonu, Ziya Bünyadov, ev 13, m. 33 ünvanında yerləşir.

Seçilən
1
1
avtosfer.az

2Mənbələr