AZ

Naxçıvanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb

Naxçıvanda müqəddəs Ramazan ayı münasibətilə şəhid ailələri üzvləri və qazilər üçün iftar süfrəsi açılıb.

“İki sahil” xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət nümayəndələri də iştirak ediblər.

Tədbirdə respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan və Türkiyə respublikalarının dövlət himnləri səsləndirilib, müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub, dualar edilib.

Mərasimdə çıxış edənlər Ramazan ayının mənəvi paklıq, mərhəmət və şəfqət ayı olmasını qeyd ediblər. Bildirilib ki, şəhid ailələrinə, qazilərə diqqət və qayğı dövlətimizin siyasətinin vacib istiqamətlərindən biridir. Natiqlər dövlət başçısının şəhid ailələri və qazilərə olan diqqəti, dövlətin bu sahəyə olan qayğısından məmnunluqla danışıblar.

Şəhid ailələrinin üzvləri və qazilər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, iftar süfrəsi Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Türkiyə Cümhuriyyətinin Naxçıvan Muxtar Respublikasındakı Baş Konsulluğunun təşkilatçılığı ilə baş tutub.

Seçilən
42
3
ikisahil.az

4Mənbələr