AZ

Orucluqda mübahisəli məsələlər - Diş fırçalamaq, öpüşmək, saqqız çeynəmək olarmı?

Orucu pozan əməllərlə bağlı bəzən fikirlər üst-üstə düşmür və bu, çaşqınlıqlara səbəb olur. Diş fırçalamaq, saqqız çeynəmək, biri ilə görüşəndə onu öpmək kimi hərəkətlərin orucu pozduğu söylənilir. Bu fikirlər həqiqəti əks etdirirmi?

Əslində orucu batil edən nələrdir?

Publika.az xəbər verir ki, mövzu ilə bağlı Azərbaycan İlahiyyat İnstitutunun dosenti, fəlsəfə doktoru Elvüsal Məmmədov Teleqraf-a danışıb. O deyib ki, bilərəkdən yeyib-içmək, cinsi münasibətdə olmaq orucu pozur. Bilmədən, unudaraq yeyib-içmək orucu pozmaz.

Onun sözlərinə görə, bəzi hallarda qüsl almadan oruc tutmaq olar, lakin ilk fürsətdə qüsl alınmalıdır.

“Oruclu ikən duş qəbul etmək, yuyunmaq, diş fırçalamaq olar. Sadəcə, su ağız boşluğuna daxil olmamalıdır. Biri ilə görüşdükdə onu öpmək orucu pozmaz. Hətta naməhrəm birini öpdükdə də oruc pozulmaz, amma savabı azalar. Həmçinin qadınlar oruclu ikən heyz olsalar, bu halda oruc pozular”, - deyə Elvüsal Məmmədov vurğulayıb.

Bunlar orucu pozur

Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə doktoru Kövsər Tağıyev də orucu pozan əməllər sırasında əsasəsn yemək, içmək və cinsi münasibəti önə çəkib.

Onun sözlərinə görə, bu sadalananlar orucun başlıca prinsipləridir, yəni bədənə daxil olub qidalandıran və həzz verən məsələlərdir.

Seçilən
48
2
publika.az

3Mənbələr