AZ

Taxtakörpü qəsəbəsində ağacəkmə aksiyası keçirilib -FOTOLAR

Novruz bayramı münasibətilə 2025-ci il martın 7-də laçınlıların sıx məskunlaşdığı Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsi ərazisində ağacəkmə aksiyası keçirilib.

“İki sahil” xəbər verir ki, aksiyanın məqsədi ağac əkməklə ətraf mühitin qorunmasına, ekoloji tarazlığın bərpasına kömək etmək, ekoloji tərbiyəni gücləndirmək və təbiətə töhfə verməkdir.

Aksiya çərçivəsində Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının əməkdaşları, Laçın Rayonu üzrə Maliyyə Şöbəsinin kollektivi və YAP fəalları tərəfindən qeyd olunan ərazidə şam ağacı əkilib.

Seçilən
5
1
ikisahil.az

2Mənbələr