AZ

Sabiq icra başçısı SAHİL qəsəbəsində villasını və torpağını satışa çıxardı – 2 milyon ABŞ dollarına

Sabiq icra başçısı Əhəd Abıyev əmlaklarını satmağa başlayıb.

Minval.info xəbər verir ki, o, bir müddət əvvəl AF Mall-da yerləşən mənzilini satıb. İndi isə Sahil qəsəbəsində, dəniz kənarında yerləşən 3 hektarlıq villasını və torpaq sahəsini satışa çıxarıb.

Bildirildiyinə görə, villanın böyük torpaq sahəsi var və birbaşa dənizə çıxışı mövcuddur. Əmlakın 2 milyon ABŞ dolları dəyərində satışa çıxarıldığı iddia edilir.

Videodan da göründüyü kimi, sabiq başçının villası dənizin cəmi bir neçə addımlığında yerləşir.

Mənbə: Vətəninfo.az

Seçilən
15
minval.info

1Mənbələr