AZ

Suares: “Messi futbolu ABŞ-də populyar edə bilər”

“İnter Mayami”nin hücumçusu Luis Suares Lionel Messinin ABŞ futboluna təsirini şərh edib.

Futbolpress.az xəbər verir ki, Suares Messinin ABŞ-də futbolu ikinci əsas idman növü edə biləcəyini deyib:

”Messinin və digər oyunçuların gənclər komandasına təsirini və “İnter Mayami” akademiyasının son zamanlarda necə inkişaf etdiyini vurğulamaq istərdim. Bu, burada bir nömrəli olmayan bir idman üçün artım gözləntilərini artırır. Futbol ABŞ-də ən azı ikinci idman növü ola bilər”.

Futbol ABŞ-da beşinci ən populyar idman növüdür. Amerika futbolu, basketbol, ​​beysbol və xokkey daha yüksək yer tutur.

Onu da qeyd edək ki, Lionel Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir.

Seçilən
13
futbolpress.az

1Mənbələr