AZ

"Liverpul" onun transferi üçün hərəkətə keçib

"Liverpul" "Sportinq" klubunda çıxış edən hücumçu Viktor Qyokereslə maraqlanır.

90deqiqe.Az-ın "Fichajes"ə istinadən verdiyi xəbərə görə, mersisaydlılar isveçli futbolçunun transferi üçün 60 milyon avro ödəməyə hazırdır. Lakin 26 yaşlı forvardın hazırkı müqaviləsində 100 milyon avroluq sərbəst qalma maddəsi yer alır. "Liverpul" hazırda futbolçunun agenti ilə danışıqlar aparır.

Qyokeresin adı bir çox Avropa nəhəngləri ilə hallanır.

O, 2024/2025 mövsümündə 39 oyuna çıxaraq 37 qol vurub və 9 məhsuldar ötürmə edib.

Seçilən
17
90deqiqe.az

1Mənbələr