AZ

Hakimə kəllə atan məşqçi Zelenski ilə Trampı günahkar çıxardı

Bu gün, 23:52

“Lion”un baş məşqçisi Paulo Fonseka Liqa 1-in Nizam-İntizam komissiyasının iclasında “Brest”lə matçda (2:1) hakim Benua Millotla insidentin səbəbi barədə maraqlı izahat verib.
reportyor.tv xəbər verir ki, o, davranışının şəxsi səbəblərdən olduğunu bildirib. Portuqaliyalı mütəxəssis son həftələrdə Ukrayna ilə bağlı qeyri-sabit siyasi vəziyyətə görə əsəbi vəziyyətdə olduğunu deyib. Xüsusilə o, Ukrayna lideri Vladimir Zelenski ilə ABŞ prezidenti Donald Trampın görüşündən sonra yaranan qeyri-müəyyənlikdən narahat olduğunu vurğulayıb. Bu barədə “The Athletic” məlumat yayıb.
Bundan əlavə, Fonseka ailə vəziyyətinə görə stress keçirdiyini söyləyib. 2024-cü ilin dekabrında “Milan”dan qovulduqdan sonra həyat yoldaşı və iki övladı İtaliyada yaşamağa davam edib. Bu, onun emosional stressini daha da artırıb.
Qeyd edək ki, Nizam-İntizam Komitəsi məşqçinin 9 ay müddətinə diskvalifikasiya edilməsinə qərar verib.

Seçilən
10
1
Reportyor.tv

2Mənbələr