AZ

Mingəçevirdə avtomobil piyadanı vurub öldürdü

Bu gün saat 20 radələrində Mingəçevir şəhərində Sabir Abdullayev idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən piyada, 1959-cu il təvəllüdlü Əliyev İlham Adil oğlunu vurub. Piyada aldığı xəsarətlərdən ölüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Publik.az-a bildirilib ki, piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Seçilən
7
1
publika.az

3Mənbələr