AZ

Böyük Britaniya Rusiya aktivlərindən əldə edilmiş milyonlarıUKRAYNAYA GÖNDƏRDİ

Ukrayna Rusiyanın xaricdəki dondurulmuş aktivlərindən əldə edilən gəlirlərdən ibarət ilk vəsaiti Britaniyadan alıb.

 

Bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal öz "Telegram" kanalında məlumat verib.

 

"Böyük Britaniyadan Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlə təmin edilmiş ilk vəsait Ukraynaya daxil olub", - deyə o bildirib.

 

Şmıqal Kiyevin 752 milyon funt-sterlinq (1 milyard 700 milyon manata yaxın) aldığını qeyd edib.

 

Bundan əvvəl isə o bildirmişdi ki, Ukrayna 300 milyard dollarlıq Rusiya aktivlərini əldə etməyi planlaşdırır.

Seçilən
1
1
senzor.az

2Mənbələr