AZ

Ramazanın 8-ci gününün duaları:

Sabah Ramazan ayının səkkizinci günüdür.

 

Senzor.az bildirir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın 8-də imsak vaxtı saat 05:38-də, iftar vaxtı isə 18:54-dədir.

 

8-ci günün imsak duası: “Allahummərzuqni fihi rəhmətəl-əytami və it-amət- təami. Və ifşa əs-səlami və söhbətəl-kiram. Bitəvlikə ya məlcəəl-amilin”.

 

Tərcüməsi: “İlahi, bu gün yetimlərə qarşı mehriban olmağı, ehtiyacı olanlara yemək verməyi, camaatla ucadan salamlaşmağı və kəramətli şəxslərlə dostluğu mənə nəsib et. Fəzl və bəxşişinə and verirəm, ey arzu edənlərin pənahı!”

 

İftar duası: “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.

 

Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

 

Allah orucunuzu qəbul etsin!

 

Seçilən
145
49
senzor.az

10Mənbələr