"Formula 1" 2026-cı il mövsümündən etibarən dünya çempionatında rəsmi olaraq 11-ci komanda kimi "Сadillac"-ı təsdiq edib.
Hurriyyet.az xəbər verir ki, bu barədə yarışın mətbuat xidməti məlumat yayıb.
"FIA (Beynəlxalq Avtomobil Federasiyası - red.) və Formula 1 təsdiq edə bilər ki, bütün müvafiq idman, texniki və kommersiya qiymətləndirmələri başa çatdıqdan sonra "General Motors" və "TWG Motorsports"-un "Cadillac" komandasının 2026-cı ildən "Formula 1" çempionatında iştirak etmək üçün müraciəti təsdiqlənib", - məlumatda deyilir.
Qeyd edək ki, 2026-cı ildə "Andretti" komandası ilə birləşən ABŞ-nin "Cadillac" komandası "Formula 1" pelotonunda 11-ci komanda olacaq.
2025/2026 mövsümündə Azərbaycan Qran Prisi 19-21 sentyabr tarixlərində keçiriləcək.