AZ

2050-ci ilə qədər Parkinson xəstəliyi 25 milyon insanı əhatə edəcək

...Parkinson xəstəliyi olan xəstələrin sayının artması dünyanın bütün regionlarını əhatə etsə də, sosial-demoqrafik indeksi orta olan ölkələrdə xüsusilə nəzərə çarpacaq.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, 2050-ci ilə qədər Parkinson xəstəliyinə yoluxma hallarının əhəmiyyətli dərəcədə artması gözlənilir. Xəstəlik diaqnozu qoyulan xəstələrin sayının 25,2 milyona çatacağı proqnozlaşdırılır ki, bu da 2021-ci illə müqayisədə 112 faizartım deməkdir.

...Nüfuzlu BMJ-də dərc olunan araşdırmaya görə, belə dinamikanın əsas səbəbi planetin əhalisinin qocalması olacaq. Qeyd edilməlidir ki, Parkinson xəstəliyi ən məşhur nevroloji xəstəliklərdən biri olsa da, onun gələcək yayılması zəif başa düşülən sahə olaraq qalır.

Tədqiqatçılar 2021-ci il üçün Qlobal Xəstəlik Yükü Tədqiqatına əsaslanaraq, 195 ölkədəki xəstəlik statistikasını təhlil edərək, cinsi və yaşa görə risk qruplarını müəyyənləşdirərək proqnoz veriblər.

Parkinson xəstəliyinin yayılmasının proqnozlaşdırılan artımı dünya üzrə hər 100 000 nəfərə 76 faiz təşkil edəcək.

Yaş fərqləri nəzərə alınmaqla bu rəqəm 55 faizə çatacaq. Şərqi Asiya regionunda xüsusilə narahatedici vəziyyət gözlənilir. Xəstəlik nisbətinin artmasına iki əsas amil təsir edəcək: əhalinin qocalması (89 faiz) və əhalinin ümumi sayının artması (20 faiz).

Nazlı Almuradova

Seçilən
34
sia.az

1Mənbələr