AZ

Rafael Fiziyev çəkiölçmə mərasimində - VİDEO

UFC 313-də növbəti döyüşünü keçirəcək azərbaycanlı qaydasız döyüşçü Rafael Fiziyevin çəkiölçmə mərasimi baş tutub.

İdman.biz xəbər verir ki, Castin Qetji ilə qarşılaşacaq boksçumuzun çəkisi 70,76 kq olub.

Tərəzi Rafaelin rəqibinin də ölçərkən eyni rəqəmləri göstərib.

Qeyd edək ki, UFC 313 martın 8-dən 9-na keçən gecə baş tutacaq. Fiziyev 2023-cü ildə uduzduğu rəqibindən revanş almağa çalışacaq.

İdman.biz

Seçilən
48
idman.biz

1Mənbələr