AZ

Aİ ölkələrində turizm sektorunda artım qeydə alınıb

Bakı. Trend:

Avropa İttifaqı ölkələrində turizm sektorunda ötən ilin IVrübündən sonra hotellərdə gecələmələrin sayı 3 milyardı keçib.

Trend xəbər verir ki, Avropaİttifaqının statistika bürosu “Eurostat” 2024-cü ilin Aİ üçün ənyaxşı turizm ili olduğunu, turistlərin yerləşdirmə müəssisələrindəgecələmələrin ümumi sayının 3 milyardı ötdüyünü bildirib.

“Eurostat” qeyd edib ki, bu, ilin son rübündə yekun artımdansonra 2023-cü illə müqayisədə (+65,4 milyon gecələmə) 2,2 faizlikartımı əks etdirir.

Məlumatlar göstərir ki, 2024-cü ildə əcnəbi qonaqların keçirdiyigecələmələrin əhəmiyyətli dərəcədə artması (+4,9 faiz və ya 67,2milyon) fonunda yerli qonaqların analoji göstəriciləri bir qədərazalıb (-0,1 faiz, yaxud -1,8 milyon). Ən çox gecələmə İspaniya(500 milyon), İtaliya (458 milyon), Fransa (451 milyon) vəAlmaniyadakı (441 milyon) turist yerləşdirmə müəssisələrində qeydəalınıb ki, bu da Aİ-də ümumi göstəricilərin 61,6 faizini təşkiledir. Ən aşağı rəqəmlər isə Lüksemburq (3,4 milyon), Latviya (4,7milyon) və Estoniyada (6,6 milyon) olub.

2023-cü illə müqayisədə 2024-cü ildə turistlərın gecələmə sayıən çox Malta (+14,4 faiz) və Latviyada (+7,4 faiz) olub. Digərtərəfdən, bu göstərici Lüksemburq (-2,7 faiz), Fransa (-0,6 faiz),Belçika (-0,2 faiz) və İsveçdə (-0,1 faiz) azalıb.

2024-cü ilin son rübü 2023-cü ilin 4-cü rübü ilə müqayisədəAİ-də sərf olunan gecələrin ümumi sayının 5,1 faiz artması iləillik nəticələrə müsbət təsir göstərib.

2023-cü ilin eyni rübü ilə müqayisədə 2024-cü ilin dördüncürübündə bütün Aİ ölkələrində turizm gecələməsi sayı artıb. Buradayalnız İrlandiya istisna təşkil edib (-1,8 faiz). Digər Aİ ölkələriarasında ən yüksək rüblük artım Malta (+16,5 faiz), Latviya (+12,5faiz), İtaliya (+11,1 faiz) və Xorvatiyada (+10,2 faiz) qeydəalınıb.

Seçilən
19
1
az.trend.az

2Mənbələr