AZ

Suriya prezidenti Əsədin tərəfdarlarını silahı yerə qoymağa çağırıb

Suriyanın keçid dövrünün prezidenti Əhməd əl-Şaraa sabiq prezident Bəşər Əsədin tərəfdarlarını silahlarını yerə qoymağa çağırıb.

APA xəbər verir ki, o, bu sözləri ofisinin rəsmi “Telegram” kanalında yayımladığı videomüraciətində deyib.

"Əvvəlki rejimin qalıqları təşəbbüs göstərməli və silahlarını yerə qoymalıdırlar" deyən əl-Şaraa hökumətin Əsəd rejiminin qalıqlarını təqib edəcəyini və xalqa hücumu davam etdirənlərin ədalət qarşısına çıxarılacağını bildirib.

Seçilən
17
apa.az

1Mənbələr