NATO-nun Baş katibi Mark Rutte gələn həftə ABŞ-yə səfər edəcək. SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu jurnalistlərlə söhbəti zamanı ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts bildirib.
“Gələn həftə NATO-nun Baş katibi ABŞ-yə gələcək”, - o qeyd edib.
Onun sözlərinə görə, Rutte ABŞ və Ukrayna nümayəndə heyətləri arasında gələn həftə Səudiyyə Ərəbistanında keçiriləcək danışıqlarda da iştirak edəcək. Belə ki, tərəflər Kiyevlə Moskva arasında silahlı münaqişənin həlli və sülhün əldə olunması üçün bir sıra təşəbbüsləri müzakirə edəcəklər.