AZ

İstanbul sahillərində tanker və konteyner gəmisi toqquşdu

Türkiyə sahillərində tanker və konteyner gəmisi toqquşub. SİA İHA-ya istinadən xəbər verir ki, Mərmərə dənizində 270 metrlik “Mia” tankeri ilə 130 metrlik “Orita” konteyner gəmisi toqquşub. Toqquşma sahil zolağından doqquz kilometr aralıda baş verib. Hadisə nəticəsində tankerin ballast bölməsi dağılıb və çirkli su dənizə tökülüb. Hadisə yerinə yedək gəmiləri göndərilib. Agentlik əlavə edib ki, itki yoxdur.

Seçilən
9
1
sia.az

2Mənbələr