AZ

Azərbaycan Basketbol Liqasının XVII turunda “Sabah” “Neftçi”ni məğlub edib

Azərbaycan Basketbol Liqasının XVII turunda “Sabah” “Neftçi”ni məğlub edib.

QAZİLER.AZ  “Report”-a istinadən  xəbər verir ki, “Sərhədçi” İdman Mərkəzində baş tutan A qrupunun qarşılaşması Rimas Kurtinaytisin rəhbərlik etdiyi komandanın 105:77 hesablı qələbəsi ilə başa çatıb.

XVII turda bu gün daha iki oyun keçiriləcək. B qrupunda “Quba” “Şəki” ilə üz-üzə gələcək. A qrupunda isə “Abşeron” “Sərhədçi”ni sınağa çəkəcək.

Qeyd edək ki, turun ötən gün keçirilən NTD - "Naxçıvan" matçı birincilərin 85:78 hesablı qələbəsi ilə yekunlaşıb.

 

 

Seçilən
6
5
qaziler.az

7Mənbələr