Azərbaycan gimnastı Nikita Simonov Bakıda keçirilən Dünya Kubokunda uğurla çıxış edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, halqalarla hərəkət proqramında rəqiblərini qabaqlayıb və qızıl medala sahib çıxıb.
Qadın gimnastımız Dəniz Əliyeva isə dayaqla tullanmada yeddinci olub.
Qeyd edək ki, turnir martın 9-da başa çatacaq.