AZ

Paşinyandan sülhlə bağlı qapalı iclas: İrəvan bu həftə Bakıya nə təklif edəcək?

Paşinyan parlamentin “Mülki müqavilə” fraksiyası ilə Azərbaycanla sülh danışıqları prosesini müzakirə edib.

Xəbər verilir ki, iclasda hökumət üzvləri də iştirak edib. 

“Hazırda yeni təkliflər müzakirə olunur və ən qısa zamanda Ermənistan öz təşəbbüsü ilə çıxış etməyə və Azərbaycana cavab verməyə çalışacaq”, – parlamentin xarici əlaqələr komissiyasının sədri Sarkis Xandanyan bildirib.

Razılaşdırılmamış iki bənddən biri beynəlxalq məhkəmələrdən iddiaların geri götürülməsinə, digəri isə sərhədə üçüncü qüvvələrin yerləşdirilməsindən imtinaya aiddir. Sülh müqaviləsi layihəsində hər iki bənd Bakı tərəfindən təklif olunub.

Bundan əvvəl baş nazir Paşinyan bəyan etmişdi ki, Ermənistan sərhədin demarkasiya olunmuş hissələrindən üçüncü ölkələrin nümayəndələrini geri çəkməyə hazırdır və sülh sazişi imzalandıqdan sonra iddialarını geri götürməyi məqbul hesab edir.

Qriqoryan: Mən istisna etmirəm ki, Ermənistan ilkin şərt olmadan iddialarını geri götürməyə hazır olacaq

Politoloq Tiqran Qriqoryan hakimiyyətin Aİ müşahidəçilərinin sərhəddə olmasından imtina edəcəyini düşünmür, lakin iddiaları geri götürmək imkanını da istisna etmir:

“Azərbaycanın istəyi ilə Ermənistanın heç bir ilkin şərt olmadan beynəlxalq məhkəmələrdən iddialarını geri götürməyə hazır olacaq. Bununla belə, inanıram ki, onlar da qarşılıqlılıq prinsipini qorumağa çalışacaqlar”.

Milli Assambleyanın sədri Alen Simonyan isə bu həftə İrəvanın Ermənistan-Azərbaycan sülh danışıqlarında yeni yanaşmalar təklif edə biləcəyinə eyham vurub.

Müşviq Tofiqoğlu
KONKRET.az


Seçilən
2
azia.az

1Mənbələr