AZ

Ukrayna bombardman edildi: xeyli sayda ölən var

Rusiya qoşunları ötən gün axşam saatlarında Ukraynanın Donetskin mərkəzi hissəsinə zərbələr endirməsi nəticəsində azı 11 nəfər həlak olub, 30 nəfər isə yaralanıb.

7Times.az-ın xəbərinə görə, bu haqda məlumat Fövqəladə Hallar Dövlət Xidmətinin bəyanatında deyilir.

“Səkkiz beşmərtəbəli binaya, bir inzibati binaya və 30 avtomobilə ziyan dəyib. Yaşayış binalarında və inzibati binada yanğınlar baş verib”, – deyə məlumatda bildirilir.

Qeyd edək ki, bundan əvvəl vilayətin hərbi administrasiyasının rəhbəri Vadim Filaşkin hadisələr zamanı 4 nəfərin öldüyü və 18 nəfərin yaralandığı barədə məlumat vermişdi.

News24.az

Seçilən
21
1
7times.az

5Mənbələr