AZ

Zəlzələdən sonra Ermənistanda 45 avterşok qeydə alınıb

Xəbər verdiyimiz kimi martın 8-də səhər saatlarında Ermənistanda zəlzələ baş verib. Ekspertlər zəlzələnin episentri olan Spitakda 40-dan çox yeraltı təkan qeydə alıblar. Bu barədə Ermənistanın Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan özünün Facebook hesabında yazıb.


“Hazırda 45 afterşok qeydə alınıb ki, onların da ən güclüsü 3,2 bal gücündə Spitakdan doqquz kilometr şimalda olub”, - məlumatda deyilir.

Daxili İşlər Nazirliyinin rəsmisi onu da qeyd edib ki, seysmoloji aktivlik hələ bir müddət də davam edəcək. Bununla bağlı o, vətəndaşları sakit olmağa çağırıb.

Tural

Seçilən
18
news365.az

1Mənbələr