UFC-nin aparıcı yüngül çəki döyüşçülərindən biri Rafael Fiziyev UFC 313 turnirinin mətbuat konfransında jurnalistlərin sualını cavablayıb.
Offsideplus.az xəbər verir ki, "bütün dövrlərin ən böyük MMA döyüşçüsü kimdir?" sualına isə, azərbaycanlı döyüşçü tərəddüd etmədən UFC-nin yüngül çəkidə məğlub olmayan çempionu Həbib Nurməhəmmədovun adını çəkib:
"MMA tarixindəki ən böyük döyüşçü? Heç vaxt məğlub olmayan bir və yeganə şəxs. Bəli, mən Həbib haqqında danışıram".
Xatırladaq ki, Həbib Nurməhəmmədov öz karyerasını 2020-ci ilin sonunda başa vurub. Onun son döyüşü 2020-ci ilin oktyabrında baş tutub və həmin görüşdə Castin Qeycini ikinci raundda boğucu fəndlə məğlub edərək karyerasını məğlubiyyətsiz 29-0 rekordu ilə bitirib.