AZ

Zirehli maşınları talayan erməni hərbi hissə komandiri həbs edilib

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin yaydığı məlumata görə, Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin komandiri 2 milyon dram dəyərində hərbi əmlakı mənimsəməkdə ittiham olunur.

Ermənistanda daha bir general saxlanıldı
Zabitin kimliyi barədə hələlik ətraflı məlumat açıqlanmır. Qeyd edilib ki, T.M. adlı hərbçi keçən il zirehli maşınlarda olan bahalı detalları, düraluminium mühərrik hissələrini mənimsəyərək satıb.

"Onun tabeliyində olan G.D. və K.A. isə zabitə anbardan məlum komponentlər sifariş verməkdə kömək ediblər. Onların hamısına qarşı ittiham irəli sürülüb və hərbçilərin mənimsədikləri pulların bir hissəsi artıq götürülüb. Cinayət işinin ibtidai istintaqı yekunlaşıb və məhkəməyə göndərilib", - məlumatda qeyd edilib.

Tural Tağıyev
AzVision.az

Seçilən
27
azvision.az

1Mənbələr