AZ

Neftçala Sənaye Məhəlləsi böyüyür

Son 1 ildə məhsul satışı 5 dəfə artıb

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Neftçala Sənaye Məhəlləsində indiyədək 210 milyon manatdan çox məhsul istehsal edilib. Bunun da 1,37 milyon manatlıq hissəsi ixracın payına düşür.

İqtisadi Zonaların İnkişafı Agentliyindən aldığımız məlumata görə, 2024-cü ildə əvvəlki illə müqayisədə 5 dəfə çox, yəni 60 milyon manatlıq məhsul satışı həyata keçirilib. Bu günədək sənaye məhəlləsində ümumi investisiya həcmi 63 milyon manatdan çox olan 6 sahibkarlıq subyekti rezident kimi qeydiyyatdan keçib. Artıq onlardan 5-i istehsal fəaliyyətinə başlayıb.

Ötən müddətdə sahibkarlar tərəfindən Neftçala Sənaye Məhəlləsinə 49,5 milyon manat investisiya yatırılıb. Bunun da hesabına 300-dən artıq daimi iş yeri yaradılıb. Növbəti mərhələdə isə mövcud layihələr üzrə əlavə olaraq 200-ə yaxın iş yerinin yaradılması nəzərdə tutulur.

 

Seçilən
71
12
xalqqazeti.az

10Mənbələr