AZ

Xoşbəxt ailə həyatı üçün cinsi əlaqənin tezliyi və sayı

Seksoloq xoşbəxt ailə həyatı üçün cinsi əlaqənin optimal tezliyini açıqlayıb.

“Medicina” xəbər verir ki, Amerikalı seksoloq Tara Suvinya xoşbəxt ailə həyatı üçün arzu olunan cinsi əlaqənin tezliyini göstərib.

O, 30 mindən çox insanın iştirak etdiyi araşdırmanın həftədə ən azı bir dəfə cinsi əlaqədə olan cütlüklərin digər ailərlə nisbətən daha xoşbəxt olduğunu ortaya çıxardığını bildirib.

Seksoloq cinsi uyğunluğu hesablamaq üçün sadə üsul təklif edib. Cütlüklər onun yanına gələndə o, nə qədər tez-tez cinsi əlaqədə olmaq istədiklərini soruşur.

Əgər ortaqlardan biri həftədə üç dəfə seks istəyirsə, digəri isə bir dəfə seksdən məmnundursa, bu iki günlük uyğunsuzluğu aradan qaldırmaq olar.

“Bu iki günə bir-birinizə daha yaxın olmaq üçün nə edə bilərsiniz? Digər erotik metodları sınayın: birgə cinsi meditasiya, çılpaq qucaqlaşma, flört və ya oral seks.

Bununla belə, uyğunsuzluq ayda 15 gündən çox olduqda, cütlər uzunmüddətli perspektivdə uyğun olub-olmadıqlarını ciddi şəkildə düşünməlidirlər, çünki bu normal deyil və ailə həyatını təhlükəyə atır.

Seçilən
17
1
turanpress.com

2Mənbələr