AZ

Universitet və ləğv edilən qurumların maşınları satışda - SİYAHI

Naxçıvanda ləğv olunmuş qurum və şöbələrin avtomobilləri satışa çıxarılır.

Demokratikmusavat.com -ın məlumatına görə, bundan əlavə, ali təhsil müəssisəsinə məxsus maşın da hərraca qoyulur.

Belə ki, Naxçıvan Dövlət Universitetinə aid "QAZ 2705" markalı avtomobilin satış qiyməti 3900 manatdan başlayır.

Babək, Kəngərli, Ordubad rayon baytarlıq şöbələrinə məxsus "QAZ 3307", Şahbuz şöbəsinin isə həm adıçəkilən nəqliyyat vasitəsi, həm də "VAZ 21213" markalı avtomobili hərraca qoyulub. 

Həmçinin “Naxçıvan Duz İstehsalı” Müəssisəsinə məxsus maşın da (QAZ 33021) start qiyməti 3600 manatdan başlayaraq satışa çıxarılıb.

Babək Rayon Baytarlıq İdarəsinin "VAZ 21214" markalı avtomobili isə 3420 manata hərrəca qoyulub.

Qeyd edək ki, sözügedən qurumlar və şöbələr ləğv olunub.

Hərrac Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən 17 aprel 2025-ci il tarixində keçiriləcək.

Sifarişlər Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən Naxçıvan şəhəri, 8-ci küçə, 1/5A ünvanında hərracın keçirilməsinə ən geci 3 (üç) bank günü qalanadək qəbul olunacaq.

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
9
2
Demokratikmusavat.com

3Mənbələr