Sea Breeze

Ordubad rayonunda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir təşkil edilib. Ordubad Rayon İcra Hakimiyyətinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə şəhid anaları və xanımları, eləcə də rayonun ictimai həyatında və təhsil sahəsində fərqlənən qadınlar iştirak ediblər.

Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli tədbir iştirakçılarını bayram münasibətilə təbrik edərək Azərbaycan qadınlarının cəmiyyətin inkişafında mühim rol oynadığını vurğulayıb. Qeyd edilib ki, tariximizin bütün dövrlərində Azərbaycan qadınları öz fədakarlığı, mərdliyi və müdrikliyi ilə seçilmiş, ölkənin tərəqqisində əhəmiyyətli xidmətlər göstərmişlər. Həmçinin müasir dövrdə qadınlar ölkənin ictimai, siyasi, sosial və iqtisadi həyatında fəal iştirak edirlər. İcra başçısı, Azərbaycan qadınının ailə dəyərlərinin qorunmasında, gənc nəslin tərbiyəsində və milli-mənəvi irsin yaşadılmasında əvəzsiz rol oynadığını diqqətə çatdırıb.

Çıxışda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə qadınların sosial rifahının yaxşılaşdırılması, məşğulluq imkanlarının genişləndirilməsi və cəmiyyətin bütün sahələrində fəal iştirakının təmin edilməsi istiqamətində atdığı müvafiq addımlar vurğulanıb. Eləcə də, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycan qadınının nəcib missiyasını layiqincə davam etdirdiyi qeyd edilib. Onun şəhid ailələrinə, aztəminatlı ailələrə, eləcə də ölkənin sosial, mədəni və humanitar sahələrinin inkişafına verdiyi töhfələr yüksək qiymətləndirilib.

Sonda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid anaları və xanımlarına, həmçinin təhsil sahəsində fərqlənən qadınlara qiymətli hədiyyələr təqdim edilib.

ETX
ETX
ETX