Dünən ABŞ prezidenti Donald Tramp İranın dini lideri Əli Xamineyiyə məktub göndərdiyini və nüvə danışıqlarına hazır olduqlarını bəyan edib. Tribunainfo.az xəbər verir ki, o, İranla məsələləri sülh yolu ilə həll etməyə tərəfdar olduğunu da açıqlayıb.
Ardından isə Tramp bildirib ki, ABŞ İranın nüvə silahına sahib olmasına imkan vermək niyyətində deyil. “Yaxınlarda İranla bağlı çox maraqlı hadisələr baş verəcək. Biz sülh yolunu tutmuşuq. Lakin İran buna razı olmazsa, başqa seçənək qalmayacaq”.
Dünən İranın XİN başçısı Abbas Əraqçı isə bəyan edib ki, onlar indiki şərtlərdə ABŞ-la danışıq aparmaq fikrində deyillər: “Vaşinqton Tehrana qarşı maksimum təzyiq və təhdid siyasətini davam etdirdiyi müddətdə İran ABŞ-la birbaşa danışıqlara getməyəcək”.