AZ

KİV: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyə davam edir

ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını məhdud şəkildə bölüşməyə davam edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin iki nümayəndəsinə istinadən CNN telekanalı məlumat yayıb.

Mənbələr bildiriblər ki, Vaşinqton hələ də müdafiə əməliyyatları və hərəkətləri üçün Kiyevlə kəşfiyyat məlumatlarını bölüşür, lakin Ukrayna ordusunun Rusiya qüvvələrinə qarşı hücum əməliyyatları həyata keçirmək üçün istifadə edə biləcəyi kəşfiyyat məlumatlarını bölüşməkdən imtina edib.

ABŞ Ukraynaya Rusiyaya zərbə endirməkdə fəal kömək göstərən tərəf kimi görünmək istəmir, ona görə də bu həftənin əvvəlində hərbi yardımı dayandırıb.

Lakin ABŞ-nin Ukraynanın özünü müdafiə etməsinə kömək edə biləcək məlumatları gizlətmək niyyəti yoxdur. Mənbələr aydınlaşdırıblar ki, ukraynalıların döyüş meydanında rabitə üçün istifadə etdikləri əsas peyk sistemi olan “Starlink” internet xidməti hələ də aktivdir.

Seçilən
16
bakivaxti.az

1Mənbələr