AZ

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Sabah Ramazan ayının doqquzuncu günüdür.
Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın 9-da imsak vaxtı saat 05:36-da, iftar vaxtı isə 18:55-dədir.
Martın 9-u üçün namaz vaxtları:
Sübh azanı 05:41
Zöhr azanı 12:51
Əsr azanı 16:56
Məğrib azanı 18:55
İşa azanı 19:56
Doqquzuncu günün imsak vaxtı üçün duanı təqdim edirik:
"Allahumməc-əl li fihi nəsibən min rəhmətikəl-vasiə. Vəhdini fihi libərahinikəs-satiə. Və xuz binasiyəti ila mərzatikəl-camiə. Biməhəbbətikə ya əmələl-müştaqin".
Tərcüməsi:
"İlahi, bu gün öz bol rəhmətini mənə nəsib et. Məni öz parlaq dəlillərinlə istiqamətləndir. Məni sənin razılığına bais olan və hər cür xeyri özündə cəm edən əməllərə doğru çək. Məhəbbətinə and verirəm, ey şövqlülərin istəyi!"
İftar duası:
"Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli".
Tərcüməsi:
"İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla".
Allah orucunuzu qəbul eləsin!
Seçilən
86
15
oxu.az

10Mənbələr