AZ

Xamenei Trampa cavab verdi


“İran İslam Respublikası ABŞ ilə danışıqlar aparmayacaq, çünki Vaşinqton yalnız öz maraqlarını düşünür”.
Yeniavaz.com
xəbər verir ki, bunu İslam Respublikasının Ali Rəhbəri Ayətullah Əli Xamenei İran rəsmiləri ilə görüşündə ABŞ Prezidenti Donald Trampın Tehranın nüvə proqramı ilə bağlı danışıqlar təklifi ilə bağlı məktubuna cavab olaraq deyib.
“Bəzi vicdansız hökumətlər problemləri həll etmək üçün deyil, öz maraqlarını sırımaq üçün danışıqlar aparır. İran İslam Respublikası, şübhəsiz ki, onların ümidlərini doğrultmayacaq”, - o deyib.
Xamenei qeyd edib ki, Qərbin ikili standartlardan istifadə etməsi sivilizasiya üçün rüsvayçılıqdan başqa bir şey deyil.
Seçilən
17
15
yeniavaz.com

10Mənbələr