Bakıda cinayət törədənlər gizləndikləri mənzildə saxlanılıblar.
Bu barədə Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin mətbuat xidmətlərindən Lent.az-a daxil olan birgə məlumatda bildirilib.
Qeyd olunub ki, polis əməkdaşları tərəfindən törətdikləri cinayət əməllərinə görə axtarışda olan 38 yaşlı Nəcəfxanov Anar Abdula oğlu və 40 yaşlı Əliyev Əhməd Fərhad oğlunun Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən mənzillərdən birində gizləndikləri müəyyən edilib. Mənzilin qapısının açılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat verilib.
Yağış yağacaq, bu ərazilərdə 16 dərəcə şaxta olacaq - Sabahın HAVASI
İlham Əliyevə məktub yazmaq istədim, Paşinyanın imkan vermədi - Arayikin etirafı
Zərdablı müəllim 32 ildir ki, məktəbə qayıqla gedir - VİDEO
Məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Birgə keçirilən əməliyyat nəticəsində mənzilin giriş qapısı açılaraq axtarışda olan şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta