AZ

Qəzaya düşən avtomobilin sürücüsü xəstəxanada öldü

Yevlaxda dəmiryolu yaxınlığında aşan minik avtomobilinin sürücüsü xəstəxanada ölüb.

 

Modern.az xəbər verir ki, hadisə bir neçə həftə öncə Aran qəsəbəsi həndəvərindəki dəmiryolu keçidi yaxınlığında baş verib.

 

 

İdarəetmədən çıxan minik avtomobilinin aşması nəticəsində müxtəlif bədən xəsarətləri alan 4 nəfər yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi.

 

Yaralıların dördü də Bərdə rayon sakinləridir. Həmin gündən etibarən ağır durumda xəstəxanada müalicə alan 1991-ci il təvəllüdlü sürücü Tural Zahid oğlu Zeynalovun həkimlərin bütün səylərinə rəğmən həyatını xilas etmək mümkün olmayıb. Bu gün o, xəstəxanada dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır.

Seçilən
20
modern.az

1Mənbələr