AZ

Qurban Qurbanov: "Aqressiv əl-qol atmaq, hansısa ifadələr işləmək doğru deyil"

"Çox qısa deyəcəm, futbolçularımı təbrik edirəm. Azarkeşlərimizə təşəkkür edirəm ki, bizimlə oldular. Çox vacib üç xal əldə etdik".

İdman.biz xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Araz-Naxçıvan"la matçından sonra keçirilmiş mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis Misli Premyer Liqasının 26-cı turunda qazanılmış 3:1 hesablı qələbəni şərh edib: "Oyun başlayanda rəqib aqressiv idi. Sonda da aqressiya belə hadisəyə çevrildi. Futbolda olan hadisələrdir. Kütləvi atışmalar olur. İstəməzdim ki, olsun. Çox aqressiv əl-qol atmaq, hansısa ifadələr işləmək doğru deyil".

Qurban Qurbanov legioner limitinə də münasibət bildirib: "Komandaların sayı artır. Fərqli-fərqli oyunlar çox olacaq. Ola bilər ki, çempionat daha da aktivləşləsin. Oyun sayı heç də az deyil. Kubok matçları da olacaq. Əsas keyfiyyətdir. Eybi yox, oyun sayı az olsun, amma keyfiyyət yüksək olsun. Onda inkişaf da olacaq".

İdman.biz

Seçilən
19
1
idman.biz

10Mənbələr