AZ

Bakıda 27 milyonluq layihə

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində bir müddət əvvəl elan etdiyi beş ədəd çoxmənzilli yaşayış binasının tikintisi işlərinə başlayır.

Publika.az "Trend"ə istinadən xəbər verir ki, bununla bağlı agentlik müvafiq işlərə yekun vurub.

Qeyd edək ki, sözügedən işlər 2.31 hektar torpaq sahəsində inşa olunacaq, bununla yanaşı, mühəndis-kommunikasiya şəbəkəsinin tikintisi, ərazinin abadlaşdırılması və yaşıllaşdırılması işləri də həyata keçiriləcək.

MİDA qeyd olunan işlərin icrasını "Amal Group" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb. Müqaviləyə əsasən, MMC-yə 27.3 milyon manat ödənilib.

Seçilən
44
16
publika.az

10Mənbələr