Futbol üzrə Polşa çempionatında 24-cü turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Radomyak" səfərdə "Krakoviya"nın qonağı olub.
Qarşılaşma Radom təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Renat Dadaşov da bu görüşün iştirakçısı olub.
25 forvard 54-cü dəqiqədə meydana daxil olub. Azərbaycanlı futbolçu 90+1-ci dəqiqədə komandasına qələbə qazandıran qolu vurub.
Qeyd edək ki, xallarını 28-ə yüksəldən "Radomyak" turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.
“Zirə”dən yeni transfer - RƏSMİ
Millimizin heyəti açıqlandı
Haiti yığmasının Azərbaycanla oyun üçün heyəti açıqlanıb
Füzuli Məmmədov: “Üzərimizdəki təzyiq bizi bir-birimizə daha sıx bağladı”
İlahi ədalət və ya bir şəyird ki, ustadına kəm baxa…