Bəzi şəxslər xanımları CV-də qeyd edilən əlaqə nömrələri vasitəsilə narahat edir.
News24.az Ölkə.Az-a istinadla xəbər verir ki, bu barədə menecer Cavidan Cəbrayılzadə məlumat verib.
“Linkedində CV manyakları peyda olub. Son zamanlar iş axtaranlara dəstək məqsədilə onların CV-lərini paylaşırdım ki, bu yolla daha çox insana çatıb iş tapmalarına kömək edim. Təəssüf ki, bəzi üzdəniraq insanların CV-lərdəki əlaqə nömrələrini götürüb xanımları narahat etdiklərini öyrəndim.
İndi biz nə edək? CV-lərdəki nömrələri senzura edək? Yaxud ümumiyyətlə dəstək olmaqdan çəkinək? İnsanlar necə bu qədər düşüncəsiz ola bilirlər? Hara gedirik belə?”, - deyə o əlavə edib.