MPAY QSC
Mühasib
Son tarix 07 apr 2025 - [email protected]
Tələblər:
- Mühasib vəzifəsində minimum 2 il iş təcrübəsi
- MS Office, 1C 8.2 Mühasibatlıq, BTP, proqramlarını yaxşı səviyyədə bilməli
- Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli
- Vergi, statistika və DSMF hesabatların hazırlanmasını bilməli
- Əsas vəsaitlər və QMA üzrə biliklər
- ƏDV depozit hesabı üzrə əməliyyatların işlənməsini bilməli
- Bank əməliyyatları ilə (daxili və xarici köçürmə) işləmə bacarığı
- YGB və Gömrük əməliyyatlarının uçotda əks edilməsini bilməli
- İşçilərlə hesablaşma və Əmək haqqı hesablanmasını bilməli
- Verilmiş tapşırıqları vaxtında icra etmək və mühasib təfəkkürü ilə işlərə yanaşmaq
Vəzifə öhdəlikləri
- Müəssisənin təsərrüfat əməliyyatlarının uçota alınması
- Yerli və xarici mal satan və xidmət göstərənlərlə hesablaşmalar
- Aylıq və rüblük hesabatların növbəli şəkildə verilməsi
- Digər mühasibatlıq işləri
İş şəraiti:
- Ofis daxili;
- İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
- Əmək haqqının 15 gündən bir ödənilməsi;
- Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
- Tibbi sığorta təminatının verilməsi;
- Nahar yeməyinin təmin olunması;
- “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi;
Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi elektron poçt ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində “Mühasib” yazılmalıdır.
Rəqəmsal Marketinq Mütəxəssisi (Fintex məhsulları üzrə)
Son tarix 07 apr 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Yeni reklam kanallarının və digər marketinq alətlərinin araşdırılması və iş birliyinin aparılması;
- Müxtəlif rəqəmsal marketinq kanalları üzərindən kommunikasiyaların qurulması;
- A/B testlər etmək və nəticələri analiz etmək;
- Düzgün hədəf auditoriyalarını təyin etmək;
- Rəqəmsal bazarda trendləri, yenilikləri izləmək və tətbiq etmək;
- Məhsul və xidmətlər üçün kreativ ideyaların hazırlanmasında aktiv iştirak etmək;
- Kampaniyalar üzrə hesabatları hazırlamaq və təqdimat bacarığıi
Tələblər:
- Müvafiq sahə üzrə 2 ildən artıq iş təcrübəsi;
- Səlis azərbaycan və ingilis dili biliyi, rus dili biliyi üstünlükdür;
- Meta Ads, Google Ads, Yandex Direct bilikləri;
- Analitika alətləri üzrə biliklər (GA4, Yandex Metrika);
- Google Tag Manager, Facebook Pixel, Conversions APİ bilikləri;
- ROMI, ROI, ROAS göstəriciləri ilə işləmə bacarığı;
- SEO və SEM strategiyalarının hazırlanması;
- Excel və ya Google Sheet bilikləri;
- Kollektiv və fərdi işləmə bacarığı;
- Operativlik, dəqiqlik və yüksək icraçılıq bacarığı.
Şəxsi keyfiyyətləri:
- Komanda şəklində işləmə bacarığı
- Məsuliyyətli, təşəbbüskar və işgüzar
- Korporativ ünsiyyət bacarıqları.
Təhsil və dil bilik tələbləri:
- Ali təhsil;
- Dil bilikləri :
- İngilis dili – Intermediate
İş şəraiti:
- Ofis daxili;
- İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
- Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
- Əmək haqqının 15 gündən bir ödənilməsi;
- Tibbi sığorta təminatının verilməsi;
- Nahar yeməyinin təmin olunması;
- Birlikdə istirahət tədbirlərinin keçirilməsi;
Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi elektron poçt ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində “Rəqəmsal Marketinq Mütəxəssisi” yazılmalıdır.