
Heftelik.az xəbər verir ki, bunu Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor, Bədirxan Əhmədli Azərtac-a bildirib.
Onun fikrincə, maarifçi realizm, romantizm və onun hüdudları, mərhələləri, tənqidi realizm istilahları, onun nümayəndələri yenidən tədqiq olunmalı, ideoloji, siyasi yanaşmalardan azad olunmalıdır:
“Təəssüf ki, magistrant və doktorantlara mövzular verilərkən bunlar nəzərə alınmır. Bundan başqa, aparılan araşdırmalarda nəzəri kontekst, bədii mətnlə işləmək olduqca zəifdir. Nəzəri yanaşmaların zəifliyi həm də universitetlərdə ədəbiyyat nəzəriyyəsi fənninin getdikcə sıradan çıxmasından irəli gəlir. Hətta bütün universitetlərdən ədəbiyyat nəzəriyyəsi kafedraları ləğv edilib. Bu cür filoloji təhsildə tələbə və magistrantlar hansı nəzəri yanaşma sərgiləyə bilərlər. Doktorantura təhsilində də yeni yanaşmalar keçmək lazım gəlir”.