AZ

İƏT xarici işlər nazirləri İsraildən bunu tələb edir

İslam Əmkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirləri İsrailin Suriyadan çəkilməsini tələb edir.

Demokratikmusavat.comxəbər verir ki, bu barədə nazirlərin Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirdikləri növbədənkənar iclasının yekun bəyanatında qeyd olunub.

Bildirilib ki, İsrailə onun beynəlxalq ictimaiyyətin tanıdığı sərhədlərə geri qayıtması barədə çağırış olunub.

Bəyanatda İsrailin Suriyaya hücumları və bu dövlətin ərazisinə müdaxilə qınanılıb. Qeyd olunub ki, Təl- Əvivin bu addımları beynəlxalq hüquq normalarının pozulması, gərginliyin artırılmasıdır.

Sənəddə beynəlxalq ictimaiyyətin və BMT Təhlükəsizlik Şurasının beynəlxalq hüququn tətbiqi üçün təcili tədbirlər görməyə və İsraili hücumlarını dayandırmağa, habelə işğal etdiyi Suriya ərazilərindən geri çəkilməyə məcbur etməyə çağırılıb.

İsrailin fələstinliləri öz torpaqlarından çıxarmaq cəhdləri etnik təmizləmə, beynəlxalq hüququn kobud şəkildə pozulması və insanlığa qarşı cinayət kimi qiymətləndirilib.

İsrailin Qəzzaya qarşı "aclıq siyasəti"ni pisləyən bəyanatda, İordan çayının qərb sahili və Şərqi Qüds də daxil olmaqla, qeyri-qanuni məskunlaşma fəaliyyətləri və ilhaq cəhdlərinin dərhal dayandırılması tələb edilib. İsrailin işğal olunmuş İordan çayının hər hansı bir hissəsi üzərində qondarma suverenlik yaratmaq səyləri rədd edilib.

Bundan başqa, Fələstinin BMT-yə tam üzvlüyü dəstəklənib.

Eyni zamanda hələlik bunu etməyən dövlətlərin də Fələstini tanımasına çağırış edilib.

Həmçinin Qəzza zolağında 40 minə yaxın yetim uşağa dəstək vermək üçün beynəlxalq qayğı fondunun yaradılması tələb edilib.

Bəyanatda İsrailə silah və sursat tədarük edən bütün ölkələr öz mövqelərini yenidən nəzərdən keçirməyə və silah-sursatların İsrailə ötürülməsini qadağan etməyə çağırış olunub.

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
25
2
Demokratikmusavat.com

10Mənbələr