AZ

"Qarabağ"ın oyununda dava: Futbolçular əlbəyaxa oldu - VİDEO

Misli Premyer Liqasının XXVI turun çərçivəsində keçirilən "Araz-Naxçıvan" - "Qarabağ" (1:3) matçında dava düşüb. 

Day.Az Milli.Az-a istinadən bildirir ki, insident oyunun 81-ci dəqiqəsində meydançanın mərkəzində "Qarabağ"dan Yassin Benzia və "Araz-Naxçıvan"dan Felipe Santos arasında yaranıb. Anidən qızışan mübahisəyə dərhal bir neçə futbolçu qoşulub.

İnsident zamanı Felipe Santos "Qarabağ"ın hücumçusu Musa Qurbanlının boyun nahiyəsini qucaqlayaraq, yerə yıxıb. Bundan əsəbiləşən Musa legioner futbolçunun cavabını vermək istəsə də, onları çətinliklə ayırmaq mümkün olub.

Davaya görə oyunda təxminən 4 dəqiqə fasilə yaranıb. Hakim Felipe Santosu meydançadan qovub, eləcə də "Qarabağ"ın 3, "Araz-Naxçıvan"ın 1 futbolçusuna sarı vərəqə göstərib. 

Seçilən
46
3
day.az

7Mənbələr