La Liqanın XXVII turu çərçivəsində “Barselona”nın “Osasuna” ilə keçirilməsi nəzərdə tutulan matçı təxirə salınıb.
Heftelik.az-ın xəbərinə görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Buna səbəb “Barselona” A komandasının həkimi Karles Minarro Qarsiyanın vəfat etməsi olub.
Açıqlamada “Barselona” İdarə Heyəti və bütün işçilər, bu acı xəbərə görə, Karles Minarro Qarsiyanın ailəsi və dostlarına ən dərin başsağlıqlarını bildirib.