AZ

Premyer Liqa: “Mançester Siti” yenə uduzdu, “Liverpul” qalib gəldi

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 28-ci turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə altı qarşılaşma baş tutub.

İki qolun qeydə alındığı “Vulverhempton” – “Everon” matçında qalib müəyyənləşməyib. Səfərdə “Nottingem Forest”lə qarşılaşmış “Mançester Siti” bu turda da xalsız qalıb. Əvəzində lider “Liverpul” doğma meydanda “Sauthempton” üzərində əzmkar qələbəyə sevinib.

“Brayton” “Fulhem”u, “Kristal Pelas” da “İpsviç Taun”u xalsız yola salıb. “Brentford”un qonağı olan “Aston Villa” isə səfərdə 3 xal qazanıb.

28-cu turun qalan görüşləri martın 9-da və 10-da keçiriləcək.

İngiltərə, Premyer Liqa
28-ci tur
8 mart

Nottingem Forest – Mançester Siti 1:0
Qol: Hadson-Odoi, 83.

Brayton – Fulhem 2:1
Qol: Van Hekke, 41. Joao Pedro, 90+8-pen – R.Ximenes, 35.

Kristal Pelas – İpsviç Taun 1:0
Qol: Sarr, 82.

Liverpul – Sauthempton 3:1
Qollar: D.Nunyes, 51. Salah, 55-pen; 88-pen – Smollbon, 45+1.

Brentford – Aston Villa 0:1
Qol: O.Uotkins, 48.

Vulverhempton – Everon 1:1
Qollar: Munetsi, 40 – Harrison, 33.

9 mart

18:00. Çelsi – Lester Siti
18:00. Tottenhem – Bornmut
20:30. Mançester Yunayted – Arsenal

10 mart

00:00. Vest Hem – Nyukasl

Seçilən
64
1
arena.az

2Mənbələr