Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2024/2025-ci illər mövsümünün 25-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.
Beş qolun qeydə alındığı “Renn” – PSJ matçında Paris təmsilçisi darmadağınla qalib gəlib. “Lill” doğma meydanda “Monpelye”ni tək qolla üstələyib. Marsel “Olimpik”i isə “Lans”la ev oyunundan məğlubiyyətlə ayrılıb.
25-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.
Fransa, Liqa 1
25-ci tur
7 mart
Tuluza – Monako 1:1
Qollar: Maqri, 90+1 – Minamino, 17.
8 mart
Renn – PSJ 1:4
Qollar: Brassye, 53 – Barkola, 27. Q.Ramos, 50. Dembele, 90+1; 90+4.
Lill – Monpelye 1:0
Qol: C.David, 50.
Olimpik (Marsel) – Lans 0:1
Qol: El Aynaui, 90+4.
9 mart
18:00. Brest – Anje
20:15. Havr – Sent Etyen
20:15. Nant – Strasburq
20:15. Reyms – Oser
23:45. Nitsa – Olimpik (Lion)