AZ

HƏMAS ABŞ-la birbaşa danışıqlar aparıldığını TƏSDİQLƏDİ

Fələstinin HƏMAS radikal hərəkatı Qəzza zolağında atəşkəsin birinci mərhələsi başa çatana qədər ABŞ-ladanışıqlar aparıb.

Publika.az xəbər verir ki, bu barədə hərəkatın siyasi bürosunun sözçüsü Taher ən-Nunu "Əl-Qahirə əl-İxbariyyə" kanalına müsahibəsində məlumat verib.

"Biz Dohada Amerika rəsmiləri ilə bir neçə görüş keçirdik ", - hərəkatın nümayəndəsi bildirib.

19 yanvar 2025-ci ildə Qəzza zolağında atəşkəs qüvvəyə minib. Atəşkəs 42 gün davam etməli idi. Bu müddət ərzində 33 girov İsrailə qaytarılmalı idi , yəhudi dövləti isə 1000-ə yaxın fələstinli məhbusu azad etməli idi. Şənbə günü, martın 2-də atəşkəsin birinci mərhələsi başa çatdı, lakin İsrail və HƏMAS hələ də ikinci barədə razılığa gələ bilməyiblər.

Seçilən
95
1
publika.az

10Mənbələr